O, ABŞ-ın San-Fransisko şəhərindəki məşqlərinin çox intensiv şəkildə davam etdiyini bildirib. Özkara ABŞ-la keçirəcəkləri yoldaşlıq görüşünədək tam hazır olacaqlarına söz verib. Özkara rəqib haqda kifayət qədər məlumatlı olduqlarını da açıqlayıb: "Baş məşqçi Yurgen Klinsmanın komandası dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidir. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridirsə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdir. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik”.
Qeyd edək ki, San-Fransiskodan keçiriləcək ABŞ - Azərbaycan matçı mayın 27-də saat 19:00-da (Bakı vaxtı ilə 28 may saat 7:00-da) başlanacaq.