
UEFA ilk dəfə Avropa Liqasının ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, ötən mövsümün oyunçusu adına İngiltərə "Mançester Yunayted"inin yarımmüdafiəçisi Pol Poqba layiq görülüb.
O, komanda yoldaşları Henrik Mxitaryanla Zlatan İbrahimoviçi geridə qoyub. Ən yaxşı oyunçular "3-lüy"ünü ötən mövsüm Avroliqada çıxış etmiş 48 klubun baş məşqçisindən, o cümlədən Qurban Qurbanovla ("Qarabağ") Roman Qriqorçukdan ("Qəbələ) ibarət münsflər heyəti, habelə UEFA-ya üzv olan 55 ölkədən idman jurnalisti müəyyənləşdirib. Baş məşqçilər öz oyunçularına səs verə bilməyiblər.
Qeyd edək ki, ötən mövsüm Pol Poqba Avropa Liqasında 15 oyuna 3 qol vurub. Fransalı yarımmüdafiəçi Hollandiya "Ayaks"ı ilə final matçında hesabı açıb.