
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının III turunda "Səbail" üzərində 1:0 hesablı qələbəni şərh edib.
Sportnet.az xəbər verir ki, gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
-Vacib 3 xal qazandıq. Etirraf edim ki, yaxşı oynamadıq. 3 ildir bu komandadaym. Heç vaxt belə pis oyun oynamamışdıq. Amma bunun da səbəbləri var. Nizami, Elnur, Pərdis zədəli halda meydana çıxmışdılar. Sonadək oynadıqlarına görə onlara təşəkkür edirəm. Tərlan Quliyevijn qovulması isə vəziyyətimizi daha da ağırlaşdırdı.Komanda 3 günlük istirahətə buraxlıqcaq. Ümid edirəm ki, sentyabrın 9-dakı oyunadək bütün zədəli futbolçular sağalacaq. Yeri gəlmişkən, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Elə böyük komandaları Bakıda görəmək sadəcə fantastikadı
-Nizaminin təkcə zədəli olması yox, həm də artıq çəkisi hiss olunurdu.
-Bəli düzgün vurğuladız. 10 gündür ki, zədəli idi, müalicə olunurdu. Nizami ilə yanaşı bir neçə futbolçunun artıq çəkisi var.
-Komanda pulsuzluqdan əziyyət çəkir futbolçuların isə artıq çəkisi var. Bu nə ilə bağlıdır?
-Bu sadəcə futbolçuların fizioloji quruluşu ilə bağlıdır.
-Tərlan QUliyevin qaydanı pozduğu hər iki epizod gözünüzün qarşısında oldu. Sizcə bu epizpdlarda sarı vərəqə haqlı qərar idi?
-Buna hakim qərar verir. Hakimliyi heç vaxt müzakirə etmirik. Onların da işi bizim kimi çətindir.