1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"də fiziki hazırlıq qaydasında deyil"
"Maraqlı oyun oldu. "Kəpəz” yaxşı mübarizə apardı. Bizim uşaqlar da bacardıqları kimi oynadılar. Qalib gəlmək istəyirdik. Komandadan heç nə tələb edə bilməzdim. Çünki cəmi iki gündür onları məşqə çıxarıram. Bir az bəxtimiz də gətirmədi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz"lə qolsuz heç-heçə etdikləri görüşdən sonra deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Sizcə, "Neftçi”nin problemi nədi?
- Əsas komandanın işinə o qədər də qarışmamışam. Fikrimcə, komandada fiziki hazırlıq tam qaydasında deyil. 3 gün komandaya taktiki məşqlər keçmişik. Komandada yorğunluq var.
- Sizə qalıb işləmək təklif olunsa, işləmək, komandanı yaxşı vəziyyətə gətirmək olar?
- İstənilən məşqçi bu sualın cavabında deyəcək ki, vaxt lazımdır. Ən azı 6 ay vaxt lazımdır ki, məşqçi öz fikrini futbolçulara aşılasın.
- Onda demək olar ki, mövsüm "Neftçi” üçün bitib?
- Elə deməzdim. Mövsüm hələ yeni başlayıb. Fikrimcə, bu mövsümdə ilk "4-lük" uğrunda mübarizə aparmaq olar.