1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Konfederasiyalar Kuboku ləğv olunur
FİFA Konfederasiyalar Kubokunu klublararası dünya çempionatı ilə əvəzləyəcək. Sportnet.az-ın məlumatına görə, ilk çempionat 2021-ci ildə Çində təşkil olunacaq.
İlk mundiala 24 klub qatılacaq. Onlar hər birində 3 komanda olmaqla, 8 qrupa bölünəcəklər. "Pley-off"a yalnız qrup qalibləri yüksələcək.
Dünya çempionatında Avropanın 12, Cənubi Amerikanın 5, Afrika, Asiya və Şimali Amerikanın hərəyə 2 komanda təmsil edəcək. Daha bir vəsiqənin sahibi isə Okeaniya ilə digər konfederasiyaların təmsilçiləri arasında keçiriləcək "pley-off" matçından sonra bilinəcək. Avropanı son 4 qalib və finalçılarla yanaşı, Avropa əmsalında ən yaxşı göstəricilərə malik 4 klub təmsil edəcək.
Qeyd edək ki, 2005-ci ildən keçirilən hazırkı klublararası dünya çempionatında 7 komanda mübarizə aparır. Yarışda 6 qitənin qalibi və təşkilatçı ölkə komandası iştirak edir.