
"Borussiya"(Dortmund)dan ayrılan Əmrə Morun yeni komandası La Liqa klubu oldu.
Sportnet.az İspaniyanın "Faro de Viqo" qəzetinə istinadən məlumat verir ki, futbolçu İspaniyanın "Selta" klubu ilə müqavilə imzalayıb. Bu barədə fotolar da ölkə mətbuatında yayılıb. Yayılan şəkillərdə "Selta"nın formasını geyinən Əmrənin müqaviləyə imza atdığı görünür. 20 yaşlı futbolçunun 2022-ci ilin 30 iyununa qədər La Liqa təmsilçisi ilə razılaşdığı bildirilib.
Qeyd edək ki, futbolçunun transferi üçün "Selta"nın Dortmund "Borussiya"sına 12.5 milyon avro təzminat ödəyəcəyi bildirilib.