Cari mövsümü medalsız bitirən, lakin Azərbaycan Kubokunu başı üzərinə qaldıran "Neftçi” yenidən Avropa Liqasında qrup mərhələsinə düşməyi hədəfləyib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Süleymanov deyib: ""Bildiyiniz kimi, "Neftçi” Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Məqsədimiz Azərbaycanı qitəmiqyaslı turnirdə layiqincə təmsil etmək və mötəbər yarışın qrup mərhələsinə yüksəlməkdir”.
Qeyd edək ki, "Neftçi" 2012-2013-cü il mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb.
Qeyd edək ki, "Neftçi" 2012-2013-cü il mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb.