Almaniyanın federal kansleri Angela Merkel və Sosialistlər və Demokratlar İttifaqının lideri Martin Şults dövlət televiziyasında çıxış edərkən Yaxın Şərq barədə də danışıblar.
Sportnet.az-ın məlumatına görə, Merkel və Şults futbol üzrə Dünya Çempionatının 2022-ci ildə Qətərdə keçirilməsinə etiraz ediblər. Mundialın islam ölkəsində keçiriləcəyi ilə bağlı suala Merkel "yox" cavabını verib. "Dünya Çempionatının Qətərdə keçirilməsini istəmirəm. Bu yaxşı deyil" - deyə o fikirini ifadə edib. Həmçinin M.Şults da qısaca "xeyr" cavabını vermiş olub.
Qeyd edək ki, 2022-ci ildə futbol üzrə Dünya Çempionatının final mərhələsi Qətərdə keçiriləcək.