
İtaliyanın "İnter” klubunun futbolçusu Rodriqo Palasio zədəsini sağaldıb. Sportnet.az-ın məlumatına görə, Argentina yığmasının hücumçusu artıq komandası ilə birgə məşqlərə başlayıb.
32 yaşlı oyunçu "İnter”in A seriyasındakı növbəti oyununda meydana çıxa biləcək. Sentyabrın 14-də keçiriləcək qarşılaşmada rəqib "Sassuolo” olacaq.
Qeyd edək ki, "İnter” həm də Ağdamın "Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir.













































































