
Ukraynanın "Dnepr” futbol klubu yoxlama oyunu keçirib. Sportnetaz-ın məlumatına görə,
Dnepropetrovsk təmsilçisi Zaparoje "Metallurq”u ilə qarşılaşıb.
Bu matçda müxtəlif səbəblərdən "Dnepr"in 10 əsas heyət oyunçusu iştirak etməyib. Görüş isə "Metallurq"un qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, "Dnepr” həm də Ağdamın "Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir.













































































