Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun 4 oyunundan 3-ü baş tutacaq.
Çempionlar Liqasında İngiltərənin "Çelsi" klubu ilə oyuna köklənmək istəyən "Qarabağ"ın "Səbail"lə görüşü təxirə salınıb. Bundan başqa, "Kəpəz"in "İnter"lə evdə keçirməli olduğu matç Bakıya salınıb. Mərkəzi oyun isə sentyabrın 9-da "Qəbələ" və lider "Zirə" arasında keçiriləcək. Bu oyunda qonaq komanda xal ala bilsə, vahid liderə çevriləcək.
Turun proqramı:
9 sentyabr (şənbə)
20:30. "Qəbələ” – "Zirə”
Qəbələ şəhər stadionu, 20:30 (CBC Sport/canlı)
17:00. "İnter” – "Kəpəz”
"İnter Arena”
10 sentyabr (bazar)
19:00. "Sumqayıt” – "Neftçi”
Sumqayıt, "Kapital Bank Arena” (CBC Sport/canlı)









































































