1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zenyov: “Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır”
"Yalnız iki komandanın çempionluq uğrunda mübarizə apardığı Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatı çox maraqlıdır”.
Sportnet.az xəbər verir ki, bunu hazırda Polşa "Krakovya"sının formasını geyinən "Qəbələ”nin sabiq futbolçusu Sergey Zenyov soccernet.ee saytına açıqlamasında deyib.
İyirmi səkkiz yaşlı estoniyalı hücumu bildirib ki, Polşa çempionatının səviyyəsi yüksəkdir: "Səviyyə çox yaxşıdır. Bütün komandalar eyni gücdədir və nə olacağını bilmək olmur. Stadionlar çox gözlə və böyükdür. Matçlara çox sayda azarkeş gəlir. Böyük futbol atmosferi hiss etdim”.
Qeyd edək ki, Zenyov 20115-2017-ci illərdə "Qəbələ”də çıxış edib və iştirak etdiyi 47 oyunda 8 qol vurub. Hazırda Polşa çempionatında sonuncu – 16-cı yerdə gedən "Krakoviya”da "Qəbələ"nin digər sabiq futbolçusu Xavi Ernandes və "Neftçi"də oynamış qapıçısı Miçal Peşkoviç də çıxış edirlər.