1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ermənilərin cavabını "Qarabağ" artıqlaması ilə verib"
Dünən Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı erməni klubunun azarkeşləri Moskvadakı "Torpedo" stadionunda Ermənistan bayrağı ilə yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını da nümayiş etdiriblər. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır. Məsələ ilə bağlı bu gün Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu ünvanlayıb.
Separatçı rejimin bayrağının oyun vaxtı stadionda asılması faktını üzə çıxaran Sportnet.az saytı idman jurnalistləri arasında sorğu keçirib. Sual isə belə olub: "Ermənilər "Ararat" adlı komanda yaradır və bundan qondartma qurumun təbliğatı üçün istifadə edirlər. Belə hərəkətin cavabı nə olmalıdır?"
Mahir Rüstəmli: ""Qarabağ"ın ÇL-in qrupuna düşməsinin yaratdığı təsirlə faktiki fırıldaqçıların qurduğu, dağılmaq üzrə olan klubun azarkeşlərinin qondarma qurumun bayrağını açması tam fərqli səviyyələrdir. AFFA artıq Rusiya Futbol İttifaqına etiraz məktubu göndərib. "Ararat" azarkeşlərinin axmaq hərəkətinin bir işə yarayacağına inanmıram. Cavabımız "Qarabağ"ın daha da güclənməsi, uğurları və qitə miqyasında futbol brendinə çevrilməklə ermənilərlə dağ çəkmək olmalıdır. Bir çox başqa sahələrdə olduğu kimi, artıq futbolda tozumuzda itib-batırlar. Necə deyərlər, it hürər, karvan keçər!"
Amal Abuşov: "Məncə, biz bu məsələyə həddindən artıq ciddi yanaşırıq. Əvvəla, "Ararat"ın özü bu dəqiqə dağılmaq ərəfəsindədir. Klubu yaradanlar diaspor nümayəndələrinin və sponsorların pullarını yığıblar, indi də aradan çıxmaq istəyirlər. Güman ki, bu bayraq təxribatı da gözdən pərdə asmaq, "Ararat"ın dağılacağı ilə yayılan xəbərləri unutdurmaq məqsədi ilə həyata keçirilib. Futbol meydanlarında erməni daşnaklarının cavabını bizim "Qarabağ" artıqlaması ilə verib. Bütün dünya "Qarabağ"dan, Azərbaycandan danışır. "Arararat"dan yox. Onların qondarma bayraqlarına bu qədər də əhəmiyyət vermək lazım deyil"
Rəşad Ergün: "Qısa və konkret deyim. Qarabağ işğaldan azad olunmayınca, bu cür hoqqalar, təxribatlar həmişə olacaq. Soruşursuz ki, belə hərəkətin cavabı nə olmalıdır? Qarabağ uğrunda sosial şəbəkələrdə, siyasət masalarında, mətbuatda yox, döyüş meydanında savaşıb, torpaqlarımızı geri almalıyıq. Bu qədər"
Araz Əhmədov: "Rusiyada yaşayan soydaşlarımız "Ararat" yaranmamışdan əvvəl müxtəlif adlarla xeyli sayda klub yaradıblar. Ancaq lazımi dəstək görmədikləri üçün səssizcə səhnədən siliniblər. Bu, bir daha sübut edir ki, bizdə diasporlarla iş aparılmır, bu sahədə çalışan insanlar yalnız öz məqsədlərini və ciblərini güdür. Hazırda Moskvada "Qarabağ" adlı futzal klubu fəaliyyət göstərir. Komandanın rəsmiləri dəfələrlə onlara kömək edilməsi üçün müraciət edib, ortada isə boş vədlərdən başqa heç nə yoxdur. Futbol çox böyük təbliğat "silahıdır". Ermənilər bundan istifadə edir. Avstriyada olan "Qarabağ Vyana" klubuna dəstək verildiyi kimi, Rusiyada olan komandalara da lazımi yardım edilməlidir. Orda azərbaycanlı gənclər çıxış edə və gələcəkdə onların arasında istedadlı futbolçular peyda ola bilər. Unutmayaq ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır"
Elnur Məmmədli: "Bu, yetərincə ciddi məsələdir. Məncə, bununla bağlı təkcə AFFA-nın bəyanatı ilə kifayətlənmək olmaz. Azərbaycan Xarici İşlər Nazirliyi, Rusiyadakı səfirliyimiz də öz etirazlarını bildirməlidir. Deyəsən, "Ararat" bu cür qalmaqallarla Rusiya futbolu ilə vidalaşmaq istəyir. Çünki komandanın yaxın günlərdə dağılacağı haqda xəbərlər səngimək bilmir. Bu klub böyük ümidlərlə yaradıldı və yaxşı da maliyyə imkanlarına malik idi. Roman Pavlyuçenko, Marat İzmaylov kimi Rusiya yığmasının sabiq futbolçularını heyətə cəlb etmişdilər. Ancaq qısa vaxt ərzində komanda daxilində hərc-mərclik baş qaldırdı. Deyilənə görə, klubun prezidenti komandanın vəsaitini mənimsəyərək, aradan çıxıb. Bir də təkcə dövlət orqanları yox, Moskvadakı diasporumuz da bu məsələyə etiraz edə bilər. "Ararat"ın oyununa Azərbaycan və "Qarabağ" klubunun bayraqları ilə gedib, şüarlar səsləndirib, müxtəlif pankartlar asmaq olar".
Ceyhun Əliyev: "AFFA buna etiraz edib. Amma zənnimcə, doğru ünvan deyil. AFFA bu barədə FİFA-nı məlumatlandırmalıdır"
Anar Şabanoğlu: "Moskvada "Pünik"lə oyunda 100 erməni bayraqlarını bizim bayrağın üstündən asdı. Orada 2 min, 3 min bəlkə də daha çox azərbaycanlı var idi. Buna etiraz edən olmadı. 25 ildir ki, Qarabağı alıblar, boş-boş söz-söhbətlərlə başımızı girələyirik. Azərbaycan öz torpaqlarını qaytarsın, ondan sonra ermənilər məcbur olub İrəvan xanlığının bayrağını asacaq. Hələliksə bizim buna adekvat cavabımız I Divizionda yeni yaradılan "Göyçə" və Çempionlar Liqasında iştirak edəcək "Qarabağ"dır. Biz belə şeylərlə təskinlik tapırıq..."
Hazırladı: Daşqın ƏZİZ