
Fransa milli komandasının futbolçusu Kilian Mbappe PSJ-nin heyətində debüt edib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı hücumçu "Mets"lə ölkə çempionatının IV tur matçında meydana ilk "11-lik"də çıxıb. Səfər matçı PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Görüşdə hesabı qonaqlar açıb. Edison Kavani 31-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 37-ci dəqiqədə Emmanuel Rivyerin qolu ilə hesabı bərabərləşdirib. Lakin 56-cı dəqiqədə "Mets" Benua Assu-Ekottonun qırmızı vərəqə almasından sonra azlıqda qalıb.
Say üstünlüyündən yararlanan PSJ qollarını sıralamağa başlayıb. 59-cu dəqiqədə Mbappe yeni komandasında qol hesabını açıb. Sonrakı qolları isə 69-cu dəqiqədə Neymar, 75-ci dəqiqədə Kavani və 87-ci dəqiqədə Lukas Mura vurub.
Qeyd edək ki, Mbappe bu il "Monako"dan PSJ-yə 222 milyon avroya transfer olunub.