2011-ci ildən bəri hakimliklə məşğul olan Bibiana Steynhaus Bundesliqa və Avropa futbolunun tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, o, Bundesliqanın 3-cü turu çərçivəsində keçirilən "Herta" - "Verder" oyununu idarə edərək, Avropanın böyük çempionatları tarixində qadın hakim olaraq ilkə imza atıb. Bundan əvvəl o, Londonda keçirilən Olimpiya Oyunlarında finalda Yaponiya - ABŞ oyununu idarə edib.
Qeyd edək ki, əsas peşəsi polis olan Steynhaus 2011-ci ildən Almaniya ikinci liqasında hakimlik edirdi.