1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Spartak"a qarşı iş açdı
UEFA Rusiya "Spartak"ına qarşı intizam işi açıb. Sportnet.az-ın məlumatına görə, səbəb Sloveniya "Maribor"u ilə Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında moskvalı fanatların davranışı səbəb.
Maddələrdən biri pirotexnikadan istifadə, digəri meydana kənar əşyaların atılması üzrədir. UEFA İntizam Komitəsi insidentə sentyabrın 21-də baxacaq.
Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnmiş görüşün ilk yarısında "Spartak" azarkeşlərinin olduqları sektorda bir neçə petarda yandırılıb. Onlardan biri meydanın mərkəzinə atılıb. Bundan az qala almaniyalı baş hakim Dəniz Aytəkin zərər çəkəcəkmiş. "Spartak" sentyabrın 26-da II tur çərçivəsində İngiltərə "Liverpul"unu qəbul edəcək.