
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Neftçi" - "Zirə" matçını izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də var.
Sportnet.az xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssis "Bakcell Arena"da baş tutan görüşü tribunadan izləyir.
Qeyd edək ki, "Zirə" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşsa da, oyuna azarkeş marağı olduqca azdır.