İspaniyanın "Selta" klubu La Liqadakı ilk 2 ev oyununda tamaşaçı sayının azlığı səbəbindən cərimələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə La Liqa rəhbərliyi qərar qəbul edib. Yeni qaydalara əsasən, klublar oyunun yayımı zamanı əsas kamera ilə üzbəüz sektorun ən azı 70 faizini doldurmağa borcludurlar. "Selta" isə bu tələbi yerinə yetirə bilmədiyi üçün pul cəzasına məruz qalıb.

Viqo şəhərindəki "Balaidos" stadionunda "Selta"nın ilk 2 ev oyununa orta hesabla 17 172 tamaşaçı gəlib. Halbuki arenanın tutumu 32 500 nəfərlikdir. Bununla əlaqədar klub "Xetafe" ilə sentyabrın 21-də keçirəcəyi növbəti ev oyununda kamera ilə üzbəüz tribunaya biletlərin qiymətini 40 avroya endirib.