2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.
Sportnet.az-ın Marca-ya istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Çempionlar Liqasının finalı isə Madriddəki "Metropolitano" stadionunda olacaq.
Rəsmi qərarı UEFA prezidenti Aleksander Çeferin saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
Qeyd edək ki, təməli 6 iyun 2011-ci ildə qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70055 nəfər göstərilib.







































































