
Rusiya Kubokunda "Ararat"la "OİK-Xabarovsk" komandaları arasında keçirilmiş 1/16 final matçında meydan sahiblərinin baş məşqçisi Aleksandr Qriqoryan tərbiyəsiz hərəkətə yol verib. Sportnet.az-ın məlumatına görə, buna qonaq komanda fanatlarının Qriqoryanı təhqiramiz ifadələrlə ələ salması səbəb olub.
Nəticədə erməni mütəxəssis azarkeşlərə orta barmağını göstərib. Qriqoryan 2001-2012 və 2015-2016-cı illərdə "OİK-Xabarovsk"ın baş məşqçisi olub.
Görüş isə qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin keçmiş müdafiəçisi Georgi Navalovski matçı sonadək "OİK-Xabarovsk"ın ehtiyat oyunçular skamyasından izləyib. Bu qələbə sayəsində Navalovskinin komandası 1/8 finala yüksəlib.