
"Atletiko" komandası İspaniya La Liqasında VI tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisi "Sevilya"nı qəbul edib.
"Metropolitano" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 46-cı dəqiqədə Yannik Karrasko və 70-ci dəqiqədə Antuan Qrizmann vurub. Bununla da xallarını 14-ə çatdıran "Atletiko" 2-ci pilləyə yüksəlib. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv lider Barselona"dan 1 xal geri qalır. Lakin Kataloniya komandası VI tur oyununu bu axşam keçirəcək.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasındakı oyunlar oktyabrın 18-də Bakıda, oktyabrın 31-də Madriddə keçiriləcək.