
"Çelsi" klubu İngiltərə Premyer Liqasında VI turun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "zadəganlar" "Stok Siti"nin qonağı olub.
Stok-on-Trentedəki "Britannia" stadionunda təşkil olunmuş qarşılaşma "Çelsi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qollardan 3-nü yeni transfer Alvaro Morata vurub. O, 2-ci, 77-ci və 82-ci dəqiqələrdə fərqlənib. Daha bir qola isə 30-cu dəqiqədə isə Pedro Rodriges imza atıb.
Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Çelsi" 3-cü pillədə qərarlaşıb. "Stok Siti" isə 5 xalla 15-cidir.