
"Het-trik etməyim əla oldu. Ancaq məni daha çox nəticə, komandamın qələbəsi maraqlandırır".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında deyib. Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda "Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurub. Bununla bağlı fikirlərini bildirən 26 yaşlı futbolçu millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb: "Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O, 3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.
Almaniya mətbuatı Rüfət Dadaşovun het-trik etməklə özünü Robert Prosineçkiyə ən yaxşı şəkildə sübut etdiyini yazıb.