Rusiyanın "Lokomotiv” klubunun futbolçusu Manuel Fernandeş Avropa Liqasında ən erkən "het-trik"ə imza atıb.
O, qarşılaşmanın 2-ci, 6-ci və 17-ci dəqiqələrində fərqlənib. Görüş Moskva təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bunadək rekord Yunanıstan PAOK-nun hücumçusu Stefanos Atanasiadisə məxsus olub. O, 2014-cü il sentyabrın 17-də Belarus "Dinamo”su ilə görüşün (6:1) ilk 28 dəqiqəsində "het-trik" edib.
]












































































