Azərbaycan Premyer Liqasının V turunda "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən Səlahət Ağayevin əməliyyat olunmasına ehtiyac qalmayıb.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulan qapıçı Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin birgə rəyinə əsasən cərrah müdaxiləsiə ehtiyac yoxdur.
Sentybarım 19-da İstanbula yollanan milli üzvünün daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb.
Həkimlərin proqnozuna görə, onun oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirməsi və noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.
"Neftçi”nin rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq Ağayevə baş çəkməyi planlaşdırır.