AFFA-nın inzibati binasında 2017-2018 mövsümünün püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə əvvəlcə püşkatma proseduru barədə məlumat verilib.
18 komandanın 4 səbətə bölündükləri bildirilib. Daha sonra püşk atılıb. Nəticələr belə olub:
"Pley-off"
1. "Ağsu" - "Mil-Muğan"
2. "Turan Tovuz" - MOİK
1/8 final
3. "Qəbələ" - 1 cütünün qalibi
4. "Şüvəlan" - "Səbail"
5. "Zirə" - "Xəzər"
6. "Neftçi" - "Zaqatala"
7. 2 cütünün qalibi - "İnter"
8. "Kəpəz" - "Binə"
9. "Qarabağ" - "Qaradağ Lökbatan"
10. "Sumqayıt" - "Sabah"
1/4 final
11. 3 cütünün qalibi - 4 cütünün qalibi
12. 5 cütünün qalibi - 6 cütünün qalibi
13. 7 cütünün qalibi - 8 cütünün qalibi
14. 9 cütünün qalibi - 10 cütünün qalibi
15. 11 cütünün qalibi - 12 cütünün qalibi
16. 13 cütünün qalibi - 14 cütünün qalibi
Qeyd edək ki, "pley-off" oyunları oktyabrın 11-də, 1/8 final matçları noyabrın 29-da, 1/4 final görüşləri 11-11 dekabrda və 14-15 dekabrda, yarımfinal qarşılaşmaları 2018-ci il aprelin 11-də və aprelin 18-də, final matçı isə mayın 28-də keçiriləcək.
---------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində 18 komandanın ilk və potensial rəqibləri müəyyənləşəcək.
Komandalardan 8-i Topaz Premyer Liqası, 10-u isə Azərbaycan I Divizionu təmsilçiləridir. Tədbir saat 13:00-da AFFA-nın inzibati binasında gerçəkləşəcək.