
İtaliya "Napoli”sinin futbolçusu Marek Hamşik klubun əfsanəsi Dieqo Armando Maradonanın qol rekordunu qırmaq üçün meydana çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Hamşik həftəsonu "Roma” ilə səfər matçında fərqlənsə, Maradonanın qol sayına çatacaq.
Argentinalı sabiq hücumçu Neapol komandasında keçirdiyi 7 mövsüm ərzində 115 qol vurub. 11 ildir "Napoli"də çıxış edən slovakiyalı forvard isə 114 dəfə fərqlənib.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək "Roma" - Napoli" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.