"Neftçi” PFK "Sumqayıt”la oyunun hazırlığını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bügünkü məşqdən sonra sosial şəbəkələrdən birində klubun keçirdiyi müsabiqənin qalibi Hüseyn Həsənzadəyə "Neftçi” PFK-nın prezidentinin idman məsələləri üzrə müşaviri Tural Məmmədov tərəfindən 2 ədəd VİP bilet və azarkeş forması təqdim olunub.
Komandanın futbolçusu Rəhman Hacıyev isə klubun sosial şəbəkələrdəki digər fəal azarkeşi, yarımmüdafiəçinin pərəstişkarı Nəbi Mustafayevə şəxsi imzası olan formasını bağışlayıb.











































































