1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əvvəlki klublarımda oynaya bilmədim"
"Baş məşqçimizin tapşırığının əksinə olaraq, erkən qol buraxdıq. "Qəbələ" sürətli oyun sərgiləyən komandadır. Çalışırdıq ki, ilk dəqiqələrdə qapımızı toxunulmaz saxlayaq, lakin yarım saat ərzində qapımızda iki qol gördük. Yenə də özümü itirmədik. Çalışdıq ki, mübarizə aparaq. Bəzi imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Rəqib isə yaratdığı bütün epizodları qola çevirdi".
Bunu Sportnet.az-a açıqlamasında "Səbail"in qapıçısı Emil Balayev səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra deyib. Gənc qolkiper ilk qolda özünü günahkar saymağa tələsməyib: "Bunu mən deyə bilmərəm. Videotəkrara baxmaq lazımdır. Topu son anda, gec gördüm. Qarşımda futbolçular var idi. Mən isə reaksiya verə bilmədim. Zərbə elə də qüvvətli deyildi".
Balayev potensiallı qapıçılardan olduğu halda "Səbail"də çıxış etməsinin səbəbini də açıqlayıb: "Başqa komandalarda da çıxış etmişəm. "Neftçi", "Qarabağ". "Ayntraxt"da isə oynaya bilmədim. Hərdən fikirləşirəm ki, qabağa 2-3 addım atmaq üçün arxaya 1 addım atmaq olar. İndi əsas məqsədim daim oynayıb, komandaya kömək etmək və əlimdən gələnin yaxşısını etməkdir".