1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Səbail" də çempionluğa oynaya bilər" - MÜSAHİBƏ
"Bura uduzmağa yox, qələbə üçün gəlmişdik. Düşünürəm ki, "Qəbələ" elə də güclü futbol oynamadı. Normal oyun göstərdilər. Bizim də şanslarımız oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Vüqar Nadirov səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra deyib. Təcrübəli hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb...
- Qola kimi komandanız pis təsir bağışlamadı. Sizin də yaxşı qol imkanlarınız oldu. Qoldan sonra sanki komandaya nəsə oldu. Nə baş verdi?
- Sanki bizdə xəstəlik var. Qoldan sonra komanda istər-istəmez özünü itirdi. Buna "sınmaq" demək olmaz. Sadəcə ruhdan düşdük. Toparlanmaq çətin oldu. Bizi də qınamaq olmaz. Təzə, 2-3 ayın komandasıyıq. Çalışacağıq ki, gələcək oyunlarda yaxşı çıxış edək və oyundan-oyuna vəziyyəti düzəldək.
- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyinatı ilə bağlı fikirlərini öyrənmək istərdik. O, milliyə nə gətirə bilər?
- İlk növbədə, Qurban müəllimi təbrik edirəm. 7 il onun rəhbərliyi altında oynamışam. Ciddi mütəxəssisdir, tələbkardır. Mən birinci namizəd onu görürdüm. Uğurlar arzulayıram. İnanıram ki, millidə yaxşı nəticələr əldə edəcək.
- Növbəti turda səfərdə "Kəpəz"lə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Bizim rəqiblərimiz "Kəpəz"dir, "Keşlə", bir sözlə, aşağı pillələrdə qərarlaşan komandalardır. Çalışırıq ki, onlardan üstün olaq və mövqeyimizi düzəldək.
- Turnir cədvəlində hansı mövqe "Səbail"i qane edə bilər?
- Əsas vəzifəmiz çempionatda qalmaqdır. Bizə belə bir tapşırıq verilməyib ki, 4-cü və ya 5-ci pilləni tutaq.
- İddialı klublarda çıxış etmisən. Üst pillələrdə qərar tutan komandalarda oynamısan. İndiki klubun yaxşı çıxış etmir. Bunu karyeranın eniş nöqtəsi hesab edirsən?
- Xeyr. Heyat davam edir. Hər şey irəlidədir. Komandamıza yeni oyunçular cəlb olunduqca hər şey düzələcək. Gələcəyi bilmək olmaz. Hər şey mümkündür. "Səbail" də çempionluğa oynayan komanda ola bilər.
Təbriz QULİYEV