
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunmuş turnirdə 19 yaşadək olan futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununa çıxıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız BƏƏ-nin müvafiq yaş qruplarından ibarət komandası ilə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə nəticələnib.