
Qolları 39-cu dəqiqədə Samir Nəsri, 49-cu dəqiqədə isə Vensan Kompani vurub. "Liverpul" da "Nyukasl"a qalib gəlib - 2:1. Lakin bu qələbə çempionluq üçün yetərli olmayıb.
38-ci turun nəticələrinə əsasən, "Çelsi" 3-cü, "Arsenal" 4-cü yeri tutub. İlk 4 yerin sahibləri Çempionlar Liqasına vəsiqə qazanıblar. 5-6-cı yerləri tutan "Everton"la "Tottenhem" Avropa Liqasında mübarizə aparacaq. "Norviç Siti", "Kardiff Siti" və "Fulhem" Premyer Liqanı tərk ediblər. Bombardir adına 32 oyuna 31 qol vurmuş Luis Suares ("Liverpul") layiq görülüb.
Qeyd edək ki, "Mançester Siti" sonuncu dəfə 2 il öncə Roberto Mançininin rəhbərliyi altında çempion olub. Bu dəfə komandaya qızıl medalları Manuel Pelleqrini qazandırıb. Ötənilki çempion "Mançester Yunayted" isə bu dəfə 7-ci yeri tutaraq, Avropa kuboklarından kənarda qalıb.