1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la oyun bizə yaxşı dərs və stimul oldu"
Rusiyanın "Kuban" klubunun futbolçusu Sergey Bendz "Qarabağ" komandası ilə Türkiyənin Antalya bölgəsində keçirdikləri yoxlama görüşü barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi təlim-məşq toplanışı çərçivəsində ilk oyun üçün 2:2 hesablı heç-heçəni yaxşı nəticə adlandırıb.
"Bu gün vurduğumuz hər iki qol düzgün idi. Amma qapımıza vurulan ilk qolda, ola bilsin, əllə oyun yox idi və penalti düzgün təyin olunmamışdı" deyən Bendz ümumilikdə yaxşı təsir bağışladıqlarını vurğulayıb: "Topa yaxşı nəzarət edən komandaya qarşı oynayırdıq. Fikrimcə, bu oyun gələcək inkişaf üçün yaxşı dərs və stimul oldu".
Qeyd edək ki, görüşün ilk yarısında türkiyəli referinin "Kuban"ın qapısına təyin etdiyi penalti şübhəli olduğu üçün "Qarabağ"ın hücumçusu Mahir Mədətov topu bilərəkdən kənara vurub. Bu isə istər rəqib komandanın, istərsə də azarkeşlərin alqışlarına səbəb olub.