"Sumqayıt" Futbol Klubu Antalyada hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun rəhbərliyi etdiyi komanda təlim-məşq toplanışının altıncı gününü bir məşq əsnasında başa vurub. Hazırlıq prosesinə yüngül qaçışla başlayan komanda, daha sonra müxtəlif taktiki gedişlər və xüsusi tapşırıqlar üzərində çalışıb.
Təxminən 75 dəqiqə davam edən məşq prosesinə kiçik hissəli meydançada iki tərəfli oyunla yekun vurulub.
U-21 düşərgəsində yer almış 3 futbolçumuz - Xəyal Nəcəfov, Ülvi İsgəndərli və Ehtiram Şahverdiyev də artıq komandaya qoşulub.
Qeyd edək ki, "Sumqayıt" FK sabah Antalyada növbəti yoxlama oyununa çıxacaq.
Komandamız xəbər verdiyimiz kimi Makedoniya təmsilçisi "Akademiya Pandev" ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 15:00-da başlayacaq. Oyun Manavqat Atatürk stadionunda keçiriləcək.