
İspaniyanın "Atletiko" klubu 2014-2015-ci il mövsümü üçün ev formasını təqdim edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təqdimata futbolçulardan Qabi, Koke, Raul Qarsiya və Xavyer Mankilyo qatılıb.
Yeni geyimlər "Atletiko"nun Qitələrarası Kuboku qazanmasının 40-cı ildönümü münasibətilə hazırlanıb. Bu komandanın məhz 1975-ci ildəki geyimini xatırladan formanın üzərində "Azerbaijan Land of Fire" sözləri də əksini tapıb. Formanın önündə 3 geniş qırmızı zolaq, arxasında isə nömrələri yazmaq üçün çərçivə var.