
Rusiyalı mütəxəssis "Bəlkə özgəsinin yerini tutmuşdunuz?" sualını belə cavablandırıb: "Bu mövzu mənim üçün tamamilə maraqsızdır. Bir şeyi deyə bilərəm: rəqibi zərərsizləşdirmək üçün müxtəlif yollar var. Mətbuat vasitəsilə, müəyyən təzyiqlərlə, hakimliklə... Rəqibi düzgün yoldan kənarlaşdırmağın rıçaqları kifayət qədərdir. Kluba təzyiqin göstərildiyi yeni ildən sonra biz artıq xallar itirdik. Əks halda, ikinci yeri də tutmağımız tam mümkün idi. Birinci pilləyə iddia etmək çətin idi. Çünki "Qarabağ" açıq-aşkar hamıdan güclü təsir bağışlayırdı. Çətin mövsüm alındı. Biz "Qarabağ", "Neftçi" və "İnter"ə heç cür yaxınlaşa bilmirdik. Səbəb bir neçədir. "Qəbələ" kişik şəhərin yeni komandasıdır. Üstəlik, mənim gəlişimdən sonra komanda 90 faiz dəyişdi və hamı ilə ümumi dil tapmaq asan olmadı. Hardasa mövsümün sonlarında axır ki bir-birimizi başa düşdük Necə oynamağın lazım olduğunu anladıq, yaxın olduq - mən futbolçularla, futbolçular isə bir-biri ilə. Bu səbəbdən, qarşımızdakı vəzifəni yerinə yetirdik".
Qeyd edək ki, Yuri Syomin ötən gün Rusiya Premyer Liqasının debütantı "Mordoviya" ilə müqavilə bağlayıb.