
Fransa Liqasında 8-ci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent Etyen" turu məğlubiyyətlə başa vurub.
"Yaşıllar" lider "Marsel"lə səfər oyununda minimal fərqlə yeniliblər - 1:2. "Sent Etyen"in yeganə qolunun müəllifi Jonatan Brizon olub.
Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans" klubu isə evdə "Kan"la bacarmayıb - 0:0.
Bu nəticələrdən sonra "Sent Etyen" 14 xalla 6-cı, "Lans" 8 xalla 14-cüdür. Turnir cədvəlinə isə 19 xalla "Marsel" başçılıq edir.