1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçukdan futbolçular üçün yeni qayda
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın futbolçularına təlim-məşq toplanışlarına ailələri ilə birgə qatılmaları üçün icazə verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Futbol 1"ə ukraynalı mütəxəssisin özü açıqlama verib. O bildirib ki, toplanış oyuna hazırlıq yox, məşq prosesidir. Bu səbəbdən, ailələri oyunçulara mane yox, kömək edirlər: "Futbolçuların oyunlardan əvvəl bazada olmaları başqa məsələdir. Bu halda onların matça köklənmələri lazımdır. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?".
52 yaşlı mütəxəssisin fikrincə, ailələri futbolçulara özlərini təlimlər zamanı daha yaxşı hiss etməkdə yardımçı ola bilərlər.
Qeyd edək ki, hazırda "Qəbələ" Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" ölkə kubokunun yarımfinalında "Neftçi" ilə üz-üzə gələcək.