1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş" darmadağın oldu, Messi "Barselona"nı xilas etdi - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın Münhen şəhərində "Bavariya" klubunun qonağı olub. Artıq 16-cı dəqiqədə "qara qartallar"ın müdafiəçisi Domaqoy Vida sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri 43-cü dəqiqə ilk qolu vurmağa müvəffəq olublar. Hesabı açan Tomas Müller darmadağının əsasını qoyub.
Fasilədən sonra "Bavariya" daha 4 qol vurub. 53-cü dəqiqədə Kinqsli Koman komandasının, 66-cı dəqiqədə Müller özünün ikinci qolunu vurub. 79 və 88-ci dəqiqələrdə isə səhnəyə Robert Levandovski çıxıb. Beləliklə, 5:0 hesabı ilə qalib gələn Almaniya klubu 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.
Gecənin digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutub. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gəlib. Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "zadəganlar" 62-ci dəqiqədə Villianın qolu ilə hesabda önə keçiblər. Lakin 75-ci dəqiqədə Lionel Messi "Barsa"nın bərabərlik qolunu vurub. Bu, Messinin karyerası ərzində "Çelsi"nin qapısından keçirdiyi ilk qol olub.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
20 fevral
23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0
Qollar: Tomas Müller, 43; 66. Kinqsli Koman, 52. Robert Levandovski, 79; 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16 ("Beşiktaş")
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Vilian, 62 - Lionel Messi, 75
Baş hakim: Cüneyt Çakır (Türkiyə)