"Neftçi"nin sabiq futbolçusu Vladimir Voskoboynikov Estoniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışacaq.
Sportnet.az-ın o, paralel olaraq Estoniyanın "Levadiya" klubunun idman direktoru vəzifəsində də işini davam etdirəcək. 35 yaşlı veteran B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına sahibdir.
Qeyd edək ki, Estoniya milli komandasının formasını 36 dəfə geyinən hücumçu 2010-cu ildə "Neftçi"də çıxış edib.