Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi "Karpati" klubunun 6 xalını silib.
Sportnet.az-ın məlumatına görə, klub mülki məhkəməyə müraciət etdiyi üçün cəzalanıb. Ukrayna təmsilçisi sabiq futbolçusu Vladimir Qudımaya borcun ödənilməsi barədə federasiyanın qərarının ləğv edilməsini tələb edib.
Qeyd edək ki, "Karpati" klubunun sabiq futbolçu Vladimir Qudimaya 74 min dollar borcu var.
Xatırladaq ki, hücumçu 2007-2014-cü illər ərzində "Karpati"də çıxış edib.