Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Uesli Sneyder Hollandiya yığmasındakı karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi milli komandanın hazırkı baş məşqçisi Ronald Kumanla danışıqlardan sonra bu qərarı qəbul edib. Hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder millidə 2003-cü ildə debüt edib. O, Hollandiya millisinin heyətində keçirdiyi rekord sayda - 133 oyunda 31 qol vurub və "narıncılar"la 2010-cu il dünya çempionatında gümüş, 2004-cü il Avropa çempionatı və 2014-cü il mundialında bürünc medal qazanıb.
Qeyd edək ki, Uesli Sneyder əvvəllər İtaliyanın "İnter" və İspaniyanın "Real Madrid" klublarının da formasını geyinib. O, "Qalatasaray"da 2013-cü ilin yanvarından 2017-ci ilin iyununadək çıxış edib.