
"Mançester Siti" komandası İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi oyununda "Çelsi"yə qalib gəlib.
Sportnet.az-ın məlumatına görə, yeganə topu 46-cı dəqiqədə Bernardu Silva vurub. Bununla da "şəhərlilər" xallarını 78-ə çatdıraraq, liderliklərini möhkəmləndirib. Son 5 matçda 4-cü məğlubiyyət alan "zadəganlar" isə 53 xalla 5-cidir.
Qeyd edək ki, növbəti turda "Mançester Siti" səfərdə "Stok Siti" ilə, "Çelsi" isə evdə "Kristal Pelas"la üz-üzə gələcək.