Türkiyənin "Beşiktaş” klubunun aparıcı futbolçularından hesab olunan Pepenin sağ ayaq barmağının qırıldığı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, təcrübəli müdafiəçinin 1 ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Türkiyə mətbuatında yer alan məlumata görə, 35 yaşlı futbolçu yaşıl meydanlara daha tez qayıda bilər.
Qeyd edək ki, Pepenin barmağı Türkiyə kubokunun yarımfinalının ilk matçında Roberto Soldadonun onun ayağına vurduğu zərbədən sonra qırılıb.
Xatırladaq ki, "Beşiktaş" - "Fənərbağça" matçı 2:2 hesabı ilə başa çatıb.