
"Beşiktaş"ın güclü klub olduğunu bilirik. Qrupda lider olmağımız üçün bu qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Sportnet.az-ın məlumatına görə, bu sözləri İngiltərənin "Tottenhem" klubunun hücumçusu Roberto Soldado deyib.
İspaniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin II turunda qarşılaşacaqları "Beşiktaş"ı məğlub etmək istədiklərini bildirib: "Qarşılaşmada mütləq qalib gəlməliyik. İlk turda "Partizan"a qarşı itirdiyimiz 2 xalı siğortalamalıyıq. "Beşiktaş"ın güclü komanda olduğunu Çempionlar Liqasının play-off mərhələsində "Arsenal"a qarşı sərgilədikləri oyundan gördük. Buna baxmayaraq doğma meydanda qalib gəlib azarkeşlərimizi sevindirməli, qrupda lider olmaq şansımızı qorumalıyıq".












































































