1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Nadirov: "Bu hərəkətləri yalandan etmirəm"
"Bu oyunda komandamız yaxşı təsir bağışladı. Heç-heçə görüşün ədalətli nəticəsi deyil. Qələbə qazanmalı idik".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Vüqar Nadirov Topaz Premyer Liqasının XX turunda səfərdə "Zirə" ilə 1:1 hesabı heç-heçə etdikləri oyundan sonra deyib. Rəqibə nisbətən daha çox qol imkanlarının olduğunu deyən təcrübəli hücumçu ikinci hissədə daha yaxşı oynadıqlarını vurğulayıb: "Baş məşqçi Samir Əliyevin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. "Zirə"ni ön xəttə qarşılamağı planlaşdırırdıq. Bilirik ki, rəqib əks-hücumlarda çox güclüdür. Onlara qarşı sıx oynamağı düşündük. "Zirə" ikinci hissədə açıq futbola üstünlük verdi. Biz də əks-hücumlarda gücümüzü göstərmək istədik".
Nadirov daha sonra zədə aldığı epizod barədə danışıb: "Müdafiəçi tullandığım an dizi ilə belimə vurdu. Mən isə hakimlərə yaxınlaşdım. Yəqin ki, Orxan Məmmədov görmədi. Görsəydi, cərimə zərbəsi təyin edərdi. Mən heç vaxt bu hərəkətləri yalandan etmirəm. Oyunçu da mənə yaxınlaşdı. Ciddi bir şey yoxdur. Hər şey yaxşıdır".