1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Deniz Yılmazla Ozanın fərqi
Qış fasiləsində Türkiyə "Bursaspor”undan ayrılan Azərbaycan millisinin futbolçuları Deniz Yılmaz və Ozan Can Kökcü yeni klublarında fərqli qrafik cızırlar.
Sportnet.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Gənclərbirliyi”inə keçən Yılmaz orada da əsas heyətə düşməkdə çətinlik çəkir. Ümumilikdə 5 matçda 201 dəqiqə forma geyinən 29 yaşlı hücumçu heç bir qarşılaşmada "11-lik”də yer almayıb. O, "Gənclərbirliyi”nin Türkiyə Kubokunda səfərdə "Beşiktaş"a 1:3 hesabı ildə uduzduğu görüşdə qol vursa da, baş məşqçi Ümit Özatın daimi etimadını qazana bilməyib.
Əvəzində Hollandiyanın I Divizionundakı "Valveyk”ə icarəyə göndərilən Ozan Can Kökcü yaxşı oyunu ilə ön plana çıxmağı bacarıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında özünü doğruldub. Ümumilikdə 10 görüşdə 694 dəqiqə meydanda olan Kökcü 3 məhsuldar ötürmə verib. O, baş məşqçi Rəşad Sadıqov tərəfindən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığmaları ilə səfər matçları üçün U-21 millisinə dəvət alıb.
Qeyd edək ki, Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov martın 23-də Belarus, 4 gün sonra isə Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunları üçün Deniz Yılmaza dəvət göndərməyib.