
İngiltərə Premyer Liqasının 31-ci turunda "Everton" səfərdə "Stok Siti" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmda qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Everton"un hər iki qolu komandanın türkiyəli hücumçusu Cenk Tosun vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 40-a çatdıran "Everton" 9-cu pillədə qərarlaşıb. "Stok Siti" isə 27 xalla 19-cu yerdədir.