
İspaniya La Liqasının XXIX turunda "Atletiko" səfərdə "Vilyarreal"la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 20-ci dəqiqədə açılıb. Antuan Qrizmann penaltidən fərqlənib.
82-ci dəqiqədə isə "Vilyarreal"ın türkiyəli legioneri Enes Ünal bərabərlik qolunu vurub. Hücumçu 90+1-cı dəqiqədə də fərqlənməklə komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra "Atletiko Madrid" 64 xalla ikinci pillədə qərarlaşıb. "Vilyarreal" isə 47 xalla 5-ci yerdədir.