1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, bizə əsla uğur gətirməz" - MÜSAHİBƏ
"Yaxşı oynadığımı düşünmürəm, çünki bundan yaxşısını da edə, hətta qol da vura bilərdim. Əlimdən gəldiyi qədər baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Ümid edirəm ki, Qurban müəllimin etimadını doğruldacaq, bundan da yaxşı oyunlar sərgiləyəcəyəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev evdə Belarusa 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib. "Sumqayıt"ın hücumameylli yarımmüdafiəçisi daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- İki qol vəziyyətin olsa da, yararlana bilmədin. Nə mane oldu?
- Deyərdim ki, sadəcə, bəxtim gətirmədi. İlk vəziyyətdə zərbəm yaxşı alınsa da, az fərqlə qapıdan aralı keçdi. İkinci epizodda isə qarşımdakı oyunçunu keçib zərbə vurdum. Onda da qapıçı yaxşı oynadı.
- Milliyə böyük ümidlərlə çağırılan "Sumqayıt"dakı komanda yoldaşın Amil Yunanov fasilədə əvəzləndi. Bu, səndə üzüntü yaratmadı?
- O, mənim işim deyil. Baş məşqçimiz bilər. Onun işinə qarışmaq, bu haqda danışmaq fikrim yoxdur. Qurban müəllim necə məsləhət bildisə, elə də oldu. Amma nəinki Amil, bütün azərbaycanlı oyunçuların yaxşı çıxış etməyini istəyirəm.
- Aranızdakı anlaşma "Sumqayıt”dakı kimi alınırdı?
- Bəzən alınırdı, bəzən yox. Klubla milli fərqlidir.
- Qurban Qurbanov hər iki oyunda sənə şans verib. Bunu səninlə danışıqlarında və məşqlərdə hiss edirsənmi? Onun səninlə bağlı planları necədir?
- Baş məşqçimiz tək mənə yox, hamıya şans verir, imkan yaradır ki, hər kəs özünü göstərsin. Hər kəsə eyni gözlə baxır. Biz də çalışırıq ki, bu güvəni doğruldaq. Sağ olsun ki, mənə güvənir. Çalışdığım qədər etimadını boşa çıxarmayacağam. Milli üçün əlimdən gələni edəcəyəm.
- Millətlər Liqasındakı rəqiblər barədə nə düşünürsən?
- Bizim üçün zəif komanda yoxdur. Həmişə özümüzü rəqibdən zəif bilməliyik ki, hansısa uğurumuz olsun. Hansısa komandaya yuxarıdan aşağı baxsaq, "Bu, Kosovodur, o biri Farer adaları, digər Malta. Hamısı kiçik ölkələr, zəif komandalardır" desək, bizə əsla uğur gətirməz. Qurban müəllimin tapşırıqlarını yerinə yetirməyə, əlimizdən gələni etməyə çalışmalıyıq ki, komandamız irəli getsin.